İqtisadiyyat Nazirliyi Xidmətinin 12 saylı Ərazi vergilər Baş İdarəsi məhkəməyə verilib.
32gun.az xəbər verir ki, "Goranboy-AqroTexservis" ASC idarənin işindən narazı qaldığı üçün Gəncə İnzibati Məhkəməsinə müraciət edib.
Hakim Emin Axundovun icraatına verilən məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
Əldə etdiyimiz məlumata görə, hazırda "Goranboy-AqroTexservis" ASC-nin 5962.62 AZN vergi borcu var.
Bildirək ki, nizamnamə kapitalı 453876 AZN olan şirkətin qanuni təmsilçisi ELVİN BƏKİROV NƏSRƏDDİN oğludur.
Ayxan