Bakı Baş Səhiyyə Mərkəzinin "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında və tabeliyində olan tibb müəssisələri tərəfindən daxil olan tələblərə əsasən mətbəə və çap məhsullarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, buna səbəb müvafiq icra hakimiyyəti orqanının qərarıdır. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələri ilə təmin edilir.
Xatırladaq ki, Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə yeni direktoru Elçin Əmirovdur.
Ayxan