Azərbaycan Tibb Universitetinin “ATU- nun Onkoloji Kilinikası üçün dərman və sarğı ləvazimatlarının satınalınması” ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, buna səbəb Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır. Bu da DSQ 11.1-ci maddəsi ilə təmin edilir.
Tenderə əsasən ATU – nun Onkoloji Kilinikası baralgin, visnevskiy maz, cerulin (0.5% 2mlx5), deksametazon, diklofenak, lidokain, metronidazol, analgin, propofol, maqniya sulfat, Natriya tiosulfat və.s ilə təmin edilməli idi.

Xatırladaq ki, ATU-nun rektoru Gəray Gəraybəylidir.

ATU-nun Onkoloji Klinikasının direktoru isə millət vəkili, akademik Əhliman Əmiraslanovdur.
Ayxan