Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Siyəzən rayonuda mənzillərin satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, ləğv edilmə mətnində "Dövlət Satınalmaları haqqında " Azərbaycan Respublikasının Qanununun 50-4.2.-ci maddəsinə əsasən Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduğu üçün, ləğv edilir" deyə qeyd edilib.
Xatırladaq ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdir.
Ayxan