SOSIAL ÖZ XƏBƏR

İcra başçısı Sevindik Hətəmov 10 AZN-lik şirkətə 1 milyon ödəyib küçələri və binaları təmir etdirəcək

Salyan Rayon İcra Hakimiyyəti "Salyan şəhər küçələrinin əsaslı təmiri" və "Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işləri" ilə bağlı elan etdiyi tender başa çatıb. 

32gun.az xəbr verir ki, hər iki tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub.  

Tərəflər arasında müvafiq olaraq 496.799,52 AZN və 580.001,35 AZN-lik müqavilə imzalanacaq. (təxm: 1 milyon AZN)

"DİRÇƏLİŞ 14" MMC 07.05.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Vəliyev Elçin Məhəmməd oğludur. 

Xatırladaq ki,  aavqust ayında "DİRÇƏLİŞ 14" MMC Salyan Rayon İcra Hakimiyyətinin Salyan şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderinin qalibi olmuşdu ( tenderin dəyəri 1.200.041,29 AZN).

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovur. 

Ayxan

 

 

Oxşar Xəbərlər