SOSIAL ÖZ XƏBƏR

Şəmkir Rayon Mərkəzi xəstəxanası bu şirkətə 58 min manat köçürür - SƏBƏBİ...

Şəmkir rayon Mərkəzi xəstəxanası elan etdiyi Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması ilə bağlı tenderin qalibi Tovuz Tibb Mərkəzi MMC ilə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, bağlanan müqaviləyə əsasən mərkəzi xəstəxana qalib MMC-yə 57.771,13 AZN köçürür.

Əldə etdiyimiz məlumata görə qalib şirkətin hazırda 2 min manata yaxın vergi borcu var. (1666.95 AZN)

Bildirək ki, nizamnamə kapitalı 40 AZN olan Tovuz Tibb Mərkəzi MMC-nin qanuni təmsilçisi NASİR NƏSİRLİ BABAŞ OĞLUdur.

Xatırladaq ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmaylovdur.

Ayxan

Oxşar Xəbərlər