DÜNYA

Ölən Xalq artistinin evindən 2 milyon manatdan çox pul OĞURLANDI (FOTO)

İki ay bundan əvvəl vəfat edən Rusiyanın Xalq artisti Aleksandr Qradskinin xanımı Marina Kotaşenkoya qarşı quldurluq edilib.

32gun.az Olay-a istinadən xəbər verir ki, üç nəfər naməlum şəxs qadının avtomobilinə minərək onu silahla hədələyib, evinə - Naro-Fominsk bölgəsinə qayıtmağa məcbur edib. 

Sözügedən şəxslər evə gəldikdən sonra 100 milyon rubl (2,2 milyon manatdan çox) pul götürərək ərazidən uzaqlaşıblar.

Oxşar Xəbərlər