Kənd Təsərrüfatı Nazirliyinin iki tenderi - Yeni Katriclərin alımı və doldurulmasının satın alınması və DAİM-lər üçün UPS, printer və kompüter dəstlərinin satın alınması ilə bağlı elan etdiyi iki tender ləğv edilib.
32gun.az xəbər verir ki, hər ikisində səbəb olaraq Tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə göstərilib. Bu da DSQ 11.2-ci maddədi 1-ci hal ilə təmin edilir.
Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.
Ayxan