Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının inzibati binasının cari təmirinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "FINACCO" MMC olub. Tərəflər arasında 61.229,28 AZN-lik müqavilə imzalanacaq.
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Şahin Hüseynov Rəmiyyəddin oğludur.
Ayxan