SOSIAL ÖZ XƏBƏR

Mustafa Abbasbəyli 10 manatlıq şirkətlə 315 min manatlıq müqavilə imzaladı - SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi "İnzibati binada şəbəkə sisteminin qurulmasına lazım olan avadanlıqların, malların alınması və onların quraşdırılması (sazlanması) işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb

32gun.az xəbər verir ki, agentlik qalib şirkət "B2B GROUP" MMC ilə 315.045,84 AZN-lik müqaviləyə imza atıb. 

Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan qalib şirkət  "B2B GROUP" MMC-nin qanuni təmsilçisi RAMAL BƏŞİROV BƏŞİR oğludur.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir.

Ayxan  

Oxşar Xəbərlər