SOSIAL ÖZ XƏBƏR

AMEA-nın bu İnstitutu 10 AZN-lik şirkətə 182 min manatlıq tenderdə qalib etdi

AMEA-nın Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu "Elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işlərinin aparılması və sınaq partiyalarının alınması" ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

32gun.az xəbər verir ki, sözügedən müsabiqənin qalibi "TƏLƏT" Firması olub. Tərəflər arasında 181.602 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan  "TƏLƏT" Firmasının qanuni təmsilçisi RAFİQ RÜSTƏMOV MEHMAN oğludur. 

Xatırladaq ki, AMEA-nın Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktor Akademik Vaqif Məhərrəm oğlu Abbasovdur. 

Ayxan 

Oxşar Xəbərlər