Qazax Rayon Psixiatriya Xəstəxanası eyni şirkətlə 5 fərqli tender müqaviləsi imzalayıb.
32gun.az xəbər verir ki, sözügedən xəstəxana 1 gündə ərzində "Artikul" MMC ilə ümumilikdə 55 min 198 manatlıq müqavilə imzalanıb.
Qalib şirkətlə Dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı 2 tender müqaviləsi imzalanıb. Hər bir müqavilənin məbləği 18.570,6 AZN-dir.
Tenderə əsasən xəstəxanaya yazı kağızları, qələmyonan, qələmlər, qovluq və.s alınmalıdır.
"Artikul" MMC ilə Digər malların (mətbəx ləvazimatlarının) satınalınmasına görə 3 müqavilə imzalanıb. Bu müqavilənin hər birinin məbləği 6.019 AZN-dir.
Bu tenderdə isə xəstəxanaya dəftər, qaşıq çəngəgəl, boşqab və s alınmalı olduğu göstərilib.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Artikukl" MMC-nin qanuni təmsilçisi Hafis Əliyev Musa oğludur. Şirkətin Hüquqi ünvanı AĞSTAFA RAYONU, AĞSTAFA Ş, Q.KƏRƏM K., ev 0, m. 0 deyə göstərilib.
Xatırkadaq ki, Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Venera Salifovadır.
Ayxan