Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət mərkəzi dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, qalib "Kaspian Standart" MMC ilə AMEA-nın mərkəzi arasında 98.984,3 AZN-lik müqavilə imzalanacaq.
Tenderə əsasən mərkəz Kağız-ağ A3, Kağız-ağ A4, Dəftərxana kitabı, ştrix maye, yapışqan , sadə karandaş, flamaster, şəffaf fayl və.s ilə təmin edilməlidir.
Xatırladaq ki, Seysmoloji Xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.
Ayxan