Bakı Dövlət Universitetinin Qazax filialının "Mühafizə xidmətinin satınalınması ilə" bağlı elan edilmiş tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "GESCO" ASC olub.
Tərəflər arasında 121.398,21 AZN-lik müqavilə imzalanacaq.
Tenderə əsasan ali təhsil ocağının 12 ay müddətində əsas Tədris binasının və arazının 24 saat mühafizəsi (1 xidmət rəisi, 7 mühafizəçi) lazımdır.
Bildirək ki, nizamnamə kapitalı 4000 AZN olan "GESCO" ASC-nin qanuni təmsilşisi MURAD CAMALZADƏ FƏRRUX OĞLUdur.
Bildirək ki, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovdur.
Ayxan