SOSIAL ÖZ XƏBƏR

Lənkəran Dövlət Universitetinin daha bir tenderi ləğv edildi - Bir ayda 4-cü müsabiqə

Lənkəran Dövlət  Universitetinin daha bir tenderi ləğv  edilib.

32gun.az xəbər verir ki, ali təhsil ocağının "Yeni nəsil çöl reklam daşıyıcısı" ilə bağlı elan etdiyi tender Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında gerçəkləşməyib. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələrlə təmin edilir.

Qeyd edək ki, bu ay ərzində bundan başqa  LDU-nun daha 3 tenderi - "LDU-nun Lənkəran Dövlət Universiteti Füzuli küçəsi 170 A ünvanında yerləşən I-rinci tədris korpusunun həyətində yerləşən Aqrar fakültəsi üçün Baytarlıq klinikasının lahiyyə çizgiləri və lahiyyə smetasının hazırlanması" , "Lənkəran Dövlət Universiteti H.Aslanov 50 unvanında yerləşən yeni 2 mərtəbəli İnzibati binanın tikilməsi" və "LDU-nun H.Z.Tağiyev 118 ünvanınıda yerləşən yataqxana və tədris binasının həyətində tikiləcək 3 mərtəbəli laboratoriya binasının layihə smeta sənədlərinin hazırlanması" tenderləri ləğv edilib. 

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur. 

Ayxan 

Oxşar Xəbərlər