SOSIAL ÖZ XƏBƏR

İcra Hakimiyyətinin tərkibindəki idarə 100 min manata motoreller və avto səbət alır

Gəncə Şəhər İcra Hakimiyyətinin Tabeliyində Park-Xiyaban İstismar və Mühafizə İdarəsi "İstehsalat nəqliyyatı vasitələri” ilə bağlı elam etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, icra orqanı ilə qalin şirkət  "NUR GENERAL SUPPLIER" arasında bağlanan müqabilənin məbləği 95.119,8 AZN-dir.

Tenderə əsasən icra orqanı bir ədəd Xüsusi təyinatlı maşın avto səbəti və bir ədəd  Yükdaşıyan motoreller ilə təmin edilməlidir.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. 

"Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin rəisi isə İlyas Məmmədovdur.

Ayxan

Oxşar Xəbərlər