"Cahan satınalma” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, sözügedən şirkət barəsində İXM-nin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilib.
Məhkəmə prosesi hakim Gülnar Səfərəliyevanən sədrliyi ilə baş tutacaq.
Əldə etdiyimiz məlumata görə, "Cahan Satınalma" MMC-nin hazırda dövlət büdcəsinə 54815.06 AZN vergi borcu mövcuddur.
Bildirək ki, şirkətin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi NAZİM BABAYEV RASİM oğludur.
Yerli mediada gedən məlunatlara görə, "Cahan Satınalma" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq Sədri Vasif Talıbova və ailə üzvlərinə məxsus olub.
Ayxan