SOSIAL ÖZ XƏBƏR

Rektordan 309 min manatlıq “alış-veriş” - Universitetə aftafa, sifon, şlanq alınır

Azərbaycan Texniki Universitetinin "Cari təmir işləri ilə bağlı mal-materialların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "MASTER-OFİS" MMC olub.

Tərəflər arasında 308.794,73 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Tenderə əsasən universitet Duş aftafa, arko kran, Kran uzun (su qarışdırıcı), Radiator panel tipli, Elastik şlanq, sifon qarmoşka, Radiator ventili , və.s alınmalıdır.

Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir.

Ayxan 

Oxşar Xəbərlər