SOSIAL ÖZ XƏBƏR

664 min manat vergi borcu olan Gəncə Bazar Store həm də məhkəməlik oldu

“Gəncə Bazar Store” MMC məhkəməlik olub.

32gun.az xəbər verir  ki, sözügedən MMC barədə İXM-nin 192.1-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Gəncə Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hakim Orxan Cəfərlinin icraatındadır.

Əldə etdiyimiz məlumata görə "Gəncə Bazar Store"nin hazırda dövlətə külli miqdarda vergi borcu da mövcuddur. Şirkətin borcu 663701.17 AZN təşkil edir.

Bildirək ki, qanuni təmsilçisi Mahmudzadə Mahmud Məmmədəli oğlu olan “Gəncə Bazar Store” MMC-nin nizamnamə kapitalı 20 AZN-dir.

Ayxan

Oxşar Xəbərlər