Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İnternet trafikinin filtrlənməsi və optimal paylanması, zərərli axının qarşısının alınması məqsədi ilə informasiya təhlükəsizliyi qoruma avadanlığının satın alınması və quraşdırılması işləri" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, "İtech Group" MMC olub. Tərəflər arasında 113.743,74 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan "İtech Group" MMC-nin qanuni təmsilçisi İLHAM ƏZİZOV EYVAZ OĞLUdur.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə edilib.
Nilufər