Qax Rayon İcra Hakimiyyətinin "Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" ilə bağlı eıan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, buna səbəb Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Bu da DSQ 11.1-ci maddəsi ilə tənzimlənir.
Qeyd edək ki, Musa Şəkiliyev Qax rayonu İcra hakimiyyətinin başçısıdır.
Ayxan