SOSIAL ÖZ XƏBƏR

Yeni direktor qazanxana təmirinə başlayır - 65 min manat xərcləyəcək

"Yeni Klinika" PHŞ-in Viessmann markalı qazanxana avadanlıqları təmiri üçün malların alınması, quraşdırılması və digər xidmətlər ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "Macaz Construction" MMC olub.

Tərəflər arasında 64.143,62 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən qalib şirkət klinikanı Genişləndirici çən membranı, Yuxarı zona isti su xəttinin əks klapanı (bronza),Yuxarı zona isti su xəttində vintil kəpənək, Hava buraxan, Nasos sistemlərinin avtomatik qoruyucu klapanı və.s ilı təmin etməlidir. 

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan MMC-nin qanuni təmsilçisi RAMİL QULİYEV İLYAS oğludur.

Xatırladaq ki, bu ilin iyul ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov və direktor müavinləri - Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunub.

Ayxan

Oxşar Xəbərlər