SOSIAL ÖZ XƏBƏR

İcra Hakimiyyətinin tərkibindəki idarənin 1 manatıq şirkəti qalib etdiyi tender ləğv edildi - SƏBƏBİ…

Xəbər verdiyimiz kimi,  Mingəçevir Şəhər İşiqlanma İdarəsi Nizamanmə kapitalı 1 AZN olan "LEADS GROUP SUPPLY" MMC-ni "2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal - materialların satınalınması" ilə bağlı elan etdiyi tenderdə qalib edib. 

Tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilirdi.

Lakin verilən qərarla bu nəticə müqavilə bağlanmamış ləğv edilib. 

32gun.az-ın məlumatına görə, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarıdır.  Bu da  DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələrlə tənzimlənir. 

Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalı idi. 

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur.  

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur. 

Ayxan 

Oxşar Xəbərlər