SOSIAL ÖZ XƏBƏR

Vergi borcu olan "AVLUM AS“ MMC məhkəməlik oldu (FOTO)

"AVLUM AS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

32gun.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İş Bakı Şəhəri Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır .

Araşdırmamız zamanı o da məlum olub ki, məhkəməlik olan şirkətin 15014.74 AZN vergi borcu var. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi SƏBİNƏ CƏFƏROVA TURAN QIZIdır.
Ayxan

Oxşar Xəbərlər