SOSIAL ÖZ XƏBƏR

İcra başçısı İlqar Abbasovun nümayəndəsinin bu tenderi baş tutmadı

Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin Şirvan şəhərində Xaqani Şirvani və Tofiq İsmayılov küçələrinin əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması ikə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.az xəbər verir ki,  buna səbəb Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da DSQ 11.1-ci maddəsi ilə tənzimlənir. 

Xatırladaq ki, Şirvan Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasovdur.

Ayxan

Oxşar Xəbərlər