Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Dəftərxana, təsərrüfat mallarının satınalınması"na görə elan etdiyi tenderin qalibi "İNTELLEKT M.A" MMC olub.
32gun.az xəbər verir ki, tərəflər arasında artıq müqaviləyə imza atılıb. Tenderin məbləği 111.699,39 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan qalib olan MMC-nin qanuni təmsilçisi Sadiq Abdullayev Müşviq oğludur.
Xatırladaq ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Ayxan