SOSIAL ÖZ XƏBƏR

"AKKOND TT" MMC məhkəməyə verildi

"AKKOND TT" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

32gun.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

Məhkəmə işi Bakı Şəhəri Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin icraatındadır.  

Əldə etdiyimiz məlumata görə, "AKKOND TT"nin hazırda dövlətə 11413.09 AZN vergi borcu var. 

Bildirək ki, nizamnamə kapitalı 60 AZN olan şirkətin qanuni təmsilçisi NATİQ HÜSEYNOV GÜNDÜZ oğludur.
Ayxan

Oxşar Xəbərlər