HADİSƏ
Bakıda faciə: 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq ÖLDÜ
Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bilidirilir.
Faktla bağlı araşdırma aparılır.