SİYASƏT

Laçında azan hərbçimizi Ermənistan MTX saxladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

"Unikal" xəbər verir ki, adıçəkilən hərbçimiz bu gün səhər 5:15-də bilmədən Ermənistan tərəfinə keçib. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin Teg kəndi istiqamətndə saxlanılması barədə məlumatı təsdiqləyib.

Hərbçimizə qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. 

12:12

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

"32gun.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Oxşar Xəbərlər