DÜNYA

Parlamentə yeni sədr təyin olundu - Qazaxıstanda

Qazaxıstan parlamentinin aşağı palatasının sədri və Prezident Administrasiyasının rəhbəri dəyişib.

32gun.az “TRT Haber”ə istinadən bildirir ki, Prezident Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, spiker Nurlan Niqmatulin vəzifəsindən ayrılıb və onun deputat mandatı başa çatıb. O, Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, əvvəllər Qazaxıstan Prezident Administrasiyasının rəhbəri kimi çalışmış Yerlan Koşanov isə yeni spiker təyin olunub.

Oxşar Xəbərlər