SOSIAL ÖZ XƏBƏR

Masallı Rayon Mərkəzi Xəstəxanasının bu “alış-veriş”i “puç” oldu

Masallı Rayon Mərkəzi Xəstəxanasının  "Laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınması" ilə bağlı  elan etdiyi tender ləğv edilib.

32gun.az bildirir ki, buna səbəb Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.

Bu da DSQ 36.1.1-ci maddəsi ilə tənzimlənir.

Nilay

Oxşar Xəbərlər