"RUZİ-VM" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ərazi vergilər Baş İdarəsini məhkəməyə verib.
32gun.az xəbər verir ki, Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
Əldə etdiyimiz məlumata görə, iddiaçı şirkətin dövlətə 493363.73 AZN vergi borcu var. Yazılan borc də şirkəti narazı saldığı üçün məhkəməyə baş vurulub.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi MUSTAFA VƏLİYEV CAMALƏDDİN oğludur.
Ayxan