İDMAN ÖZ XƏBƏR

Rusiyalı boksçu gender testindən keçə bilməyən idmançılar üçün turnir keçirməyi təklif edib

Rusiyalı boksçu Azaliya Amineva əlcəzairli İman Xelif kimi gender testindən keçə bilməyən idmançılar üçün ayrıca turnir yaratmağı təklif edib.

32gun.az bildirir ki, onun açıqlamasını Match TV yayıb.

“Siz Xelifi transgender adlandıra bilməzsiniz. Onun vəziyyəti anomaliyadır. İdeal olaraq, İman kimi idmançılar üçün ayrıca yarışlar olardı. Qadın idmanını təmiz buraxmaq lazımdır”, - deyə Amineva bildirib.

Xelif bir il əvvəl Hindistanda keçirilən IBA Dünya Çempionatında gender testindən keçə bilməyib. Həmçinin Tayvan təmsilçisi Lin Yutinq də həmin çempionatda analoji sınaqdan keçməyib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) daha sonra hər iki idmançının Oyunlarda iştirakını təsdiqləyib.

2024-cü il Olimpiadasında avqustun 6-da baş tutan yarımfinal görüşündə əlcəzairli idmançı yekdil qərarla Tailandlı Janjay Suwannaphaengə qalib gəlib.

Ayxan 

Oxşar Xəbərlər