İDMAN ÖZ XƏBƏR

Dağıstanlı güləş üzrə Bolqarıstana Olimpiya qızılı gətirib

Dağıstanlı Maqomed Ramazanov Bolqarıstana 2024-cü il Olimpiya Oyunlarında sərbəst güləş üzrə 86 kiloqram çəki dərəcəsində qızıl qazandırıb.

32gun.az bildirir ki, bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.

Həlledici görüşdə Ramazanov iranlı Həsən Yazdaniçaratı məğlub edib. Döyüş 7:1 hesabı ilə 31 yaşlı keçmiş rusiyalının xeyrinə başa çatıb.

Ramazanov 2022-ci ilin yanvarına qədər Rusiyada çıxış edib və bundan sonra idman vətəndaşlığını dəyişib. O, 2020-ci il Avropa çempionatında gümüş (79 kiloqrama qədər) və 2019-cu il Dünya Kubokunda qızıl medala sahibdir.

Nilay 

Oxşar Xəbərlər