Sankt-Peterburqun "Zenit"i "Argentinos Juniors" un hücumçusu Luçano Qondu üçün təxminən 12 milyon avro ödəyəcək.
32gun.az bildirir ki, bu barədə Qondunun agenti Qustavo Qoni mənbəyə məlumat verib.
O bildirib ki, 23 yaşlı futbolçu "Zenit"ə keçmək üçün tibbi müayinədən uğurla keçib.
Qondou 2023-cü ilin yayından Argentinos Juniors-da oynayır. Bu müddət ərzində o, komandanın heyətində bütün yarışlarda 38 oyun keçirib, bu matçlarda 14 qol vurub, həmçinin 5 məhsuldar ötürmə edib. Hücumçunun Argentina klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin sonuna qədərdir. Nüfuzlu Transfermarkt portalı oyunçunu 10 milyon avro dəyərində qiymətləndirir.
Rusiya Premyer Liqasının altıncı turunun matçında "Zenit" doğma meydanda Moskva "Spartak"ı ilə Sankt-Peterburqda heç-heçə edib , görüş 0:0 hesabı ilə başa çatıb. 14 xal toplayan "Zenit" liderliyi Moskva "Lokomotiv"inə (15) itirərək Rusiya çempionatının turnir cədvəlində ikinci pilləyə düşüb.
Sergey Semakın rəhbərlik etdiyi Sankt-Peterburq klubu Rusiya Premyer Liqasında növbəti oyununu "Pari Nijni Novqorod"a qarşı keçirəcək. Oyun avqustun 31-də baş tutacaq, start fiti Moskva vaxtı ilə saat 17:30-da səslənəcək.
Nilay