Ukraynalı üzgüçü Aleksandr Komarov Parisdə keçirilən Paralimpiya Oyunlarının mükafatlandırma mərasimində rusiyalı Kirill Pulverlə şəkil çəkdirməyib.
Avqustun 29-da S5 sinfində 200 m məsafəyə sərbəst üsulla üzmə üzrə yarışlar baş tutub.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı ikinci, Ukrayna təmsilçisi üçüncü olub. Bu məsafəni italiyalı Françesko Bokkardo qazanıb.
Qalib idmançı mükafatçıları birgə şəkil çəkdirməyə dəvət etdi, lakin Komarov işarə ilə yana tərəfə keçib.
Avqustun 20-də rusiyalıların ilk qrupu 2024-cü il Paralimpiya Oyunları üçün Parisə getdi. Açılış mərasimi avqustun 28-də olub.
Paralimpiadaya 48 yüngül atlet, 35 üzgüçü, iki taekvondo nümayəndəsi, iki triatlonçu və beş stolüstü tennis idmançısı ərizə verib. Avqustun 14-də Beynəlxalq Paralimpiya Komitəsinin kommunikasiyalar üzrə direktoru Kreyq Spens 90 ərizənin təsdiqləndiyini bildirib. Lakin sonradan Fransa hökuməti Rusiyadan Yay Paralimpiya Oyunlarında iştirak etməyi planlaşdıran iki idmançıya viza verməkdən imtina edib.
Ayxan