İDMAN ÖZ XƏBƏR

Faciəvi şəkildə qardaşı ilə birlikdə ölənin kimliyi bəlli oldu - Məşhur idmançı imiş + FOTO

Milli Xokkey Liqasında çıxış edən "Kolumbus" klubunun forvardı Conni Qaudronun faciəvi şəkildə ölüb.

32gun.az bildirir ki, "Kolumbus"  klubu forvardının ölümünü rəsmən təsdiqləyib.

Onun 31 yaşı olub.

Qeyd edilir ki, daha əvvəl media Nyu-Cersi ştatında iki velosipedçinin avtomobillə toqquşması nəticəsində öldüyü barədə məlumat verilib.

Jurnalistlər ölənlərin Conni Qaudro və onun qardaşı Metyu olduğunu iddia ediblər.

İndi xokkeyçinin klubu "Kolumbus"  qəzada ölənin Qaudro olduğu barədə məlumatı rəsmən təsdiqləyib.

Ötən mövsüm Qaudro 81 oyun keçirib, 12 qol vurub və 48 məhsuldar ötürmə edib. O, son Dünya Çempionatında ABŞ yığmasında da hücumçu kimi çıxış edib. Conni orada 8 oyun keçirib, 11 (3+8) xal toplayıb.

Gaudreau'nun NHL-dəki karyerası 2013/2014 mövsümündə 2022-ci ilə qədər rənglərini qoruduğu Kalqaridə başlayıb.

Ayxan 

Oxşar Xəbərlər