SOSIAL ÖZ XƏBƏR

Zakir Fərəcovun nümayəndəsi Lalə Hacıyeva 2 manatlıq şirkəti qalib etdi - 127 min manat köçürülə bilər

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovun Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, M.Müşviq və S.Vurğun küçələrində asfaltbeton örtüyünün cari təmiri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, tenderin qalibi BİRLİK İNŞAAT-M MMC olub. Tərəflər arasında 126.810,23 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 2 manat, qanuni təmsilçisi İldırım Mirzəyev Səhliyalı Oğludur.

Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyevadır. 

Ayxan 

Oxşar Xəbərlər