SOSIAL ÖZ XƏBƏR

Gömrükdə qayda pozub məhkəməlik olan məşhur tütün şirkətinin 8 milyon manatlıq vergi borcu üzə çıxdı - FOTOFAKT

"CAHAN TABAK BEYNƏLXALQ" MMC (Tütün Məmulatlarının İstehsalı və Satışı) məhkəməlik olub.

32gun.az xəbər verir ki, sözügedən şirkət barəsində İXM-nin 485.2-ci maddısi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protool hazırlanıb.

Hazırlanmış protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hazırda  hakim Gülsüm Əliyevin icraatındadır. 

Əldə etdiyimiz digər məlumata görə, şirkətin dövlətə külli miqdarda vergi borcu mövcuddur. "CAHAN TABAK BEYNƏLXALQ" MMC-nin (Tütün Məmulatlarının İstehsalı və Satışı)  vergi   borcu 8.5 milyon (8041409.61 AZN) manatdır. 

Bildirək ki, nizamnmə kapitalı 50 AZN olan sözügedən şirkətin qanuni təmsilçisi AMİL HÜSEYNZADƏ CABBAR OĞLUdur.

Ayxan

Oxşar Xəbərlər