SOSIAL ÖZ XƏBƏR

Azərbaycanda içki istehsal edən A+CO şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

 

"A+CO" ASC məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsi 430.4-cü maddəsi ilə (İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Abşeron Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hakim Vaqif Həsənovun icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı 10000 AZN olan ASC-nin qanuni təmsilçisi XANOĞLAN QASIMOV MƏSİM oğludur. 

Sözügedən ASC-nin rəsmi saytında bildirilir ki, şirkət 1997 – ci ildə nar şirəsi xammalının istehsalı və satışı ilə fəaliyyətə başlamışdır. 2019-cu ilin noyabr ayında "A+Co" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev, ev 121-dir. Şirkət şərab, konyak, digər alkoqollu və alkoqolsuz içkilər istehsal edir. 

Xatırladaq ki, şirkət bir müddət öncə mediada  48 milyonluq vergi qalamaqalı ilə gündəm olmuşdu. Sonrada vergi borcu məhkəmə qərarı ilə silinmişdi. 

Ayxan

Oxşar Xəbərlər