SOSIAL ÖZ XƏBƏR

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 10 manatlıq şirkəti 640 minlik tenderdə qalib etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin "Tikinti mal-materiallarının satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "GRAVİTY LTD"  MMC olub.

32gun.az xəbər verir ki, tərəflər arasında 639.999,31 AZN-lik müqavilə  bağlanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan qalib MMC-nin Qanuni təmsilçi AQİL KƏRİMOV RAFİQ oğludur.

Ayxan

Oxşar Xəbərlər