SOSIAL ÖZ XƏBƏR

AMEA-nın bu institutu üçün 290 minlik alış-veriş - Soyuducu, kompüterlər, Proyektor, Veb-kamera

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun keçirdiyi "Qeyri-maddi aktivlərin, maşın və avadanlıqların satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi "Azimut Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 290.034,56 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən institut üçün Fotoaparat, Masaüstü kompüterlər ,  Laptop, Proyektor, Müşahidə PUA,  Veb-kamera, Soyuducu iki kameralı, və.s alınmalıdır.

Bildirək ki, "Azimut Təchizat" MMC-nin nizamanmə kapitalı 20 AZN, qanuni təmsilçi Gülnarə Cəfərova Zair qızıdır. 

Xatırladaq ki, AMEA prezidenti, akademik İsa Həbibbəylidir. İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevdir.

Ayxan 

Oxşar Xəbərlər