SOSIAL ÖZ XƏBƏR

1.5 milyon vergi borcu olan şirkət DVX-nin bu idarəsini məhkəməyə verdi (FOTO)

"HİMALAY 2022" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı ərazi vergilər İdarəsini məhkəməyə verib.

32gun.az xəbər verir ki, Gəncə İnzibati Məhkəməsində hakim Nurəli Hüseynovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.

Əldə etdiyimiz məlumata görə, iddiaçı şirkətin dövlətə 1465831.02 AZN vergi borcu var. Yazılan borc də şirkəti narazı saldığı üçün məhkəməyə baş vurulub.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi ELVİN QASIMOV VİLAYƏT oğludur. 

Ayxan

Oxşar Xəbərlər