SOSIAL ÖZ XƏBƏR

Anar Bayramovun rəhbərlik etdiyi agentliyin təklifi şirkətlərdən maraq görmədi

Havalandırma sistemlərinin baxım xidmətinin satınalması ləğv edildi

"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi"nin havalandırma sistemlərinin baxım xidmətinin satınalması tenderi ləğv edilib.

32gun.az bildirir ki, Satınalmanın ləğv edilməsinin səbəbi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə uyğun olaraq, tenderdə iştirak edən və tələb olunan lisenziya və icazələrə malik təchizatçıların sayının üçdən az olmasıdır.

Qurumun məlumatına görə, bu qərar 10 yanvar 2025-ci il tarixli 04/59 nömrəli protokola əsasən qəbul edilib. Satınalma ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

Ayxan 

Oxşar Xəbərlər