MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Xalq artisti yenidən xəstəxanaya yerləşdirilib

Rusiya Xalq artisti Aleksandr Zbruyev yenidən xəstəxanaya yerləşdirilib

Tanınmış aktyor, Rusiya Federasiyasının xalq artisti Aleksandr Zbruyev son üç ayda ikinci dəfə xəstəxanaya yerləşdirilib. Hazırda o, tibbi prosedurlar keçir.

"Özümü yaxşı hiss etmirəm, müalicə alacam. Səbəblər haqqında danışmaq istəmirəm, amma məni xəstəxanaya yerləşdiriblər," – deyə sənətkar "Moskva" agentliyinə açıqlamasında bildirib.

86 yaşlı aktyorun daha əvvəl, 2024-cü ilin oktyabrında xəstəxanada olduğu bildirilmişdi. Həmin vaxt, o, ağır əməliyyatdan sonra planlı müalicə alırdı və səhnəyə qayıdışı təxirə salınmışdı.

Aleksandr Zbruyev haqqında

Aleksandr Zbruyev 31 mart 1938-ci ildə Moskvada anadan olub. 1961-ci ildə Şukin adına Teatr Məktəbini bitirib və "Lenkom" teatrında fəaliyyətə başlayıb. Zbruyev teatr səhnəsində "Va-bank", "Albalı bağı" və "Evlənmə" kimi tamaşalarda çıxış edir.

Kinoda ilk debütünü 1962-ci ildə "Mənim kiçik qardaşım" filmində edib. Aktyorun tanınmasına 1966-cı ildə çəkildiyi "Gündüz seansına iki bilet" filmi səbəb olub.

O, "Böyük dəyişiklik" (1973), "Batalyonlar atəş tələb edir" (1985), "Bədbəxt Saşa" (1997) və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Zbruyev 1989-cu ildə Rusiya Federasiyasının Xalq Artisti adına layiq görülüb. O, həmçinin, "Şərəf", "Vətən qarşısında xidmətlərə görə" ordenlərinin bir neçə dərəcəsi və Aleksandr Nevski ordeni ilə təltif edilib. 2002-ci ildə isə ədəbiyyat və incəsənət sahəsində Dövlət mükafatı alıb.

Nilay 

Oxşar Xəbərlər