SİYASƏT ÖZ XƏBƏR

Sərhəd bölgəsində demarkasiya işlərinə yenidən başlanılıb

Tavuş bölgəsində demarkasiya işlərinə start verilib.

32gun.az bildirir ki, Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, bəzi şəxslər Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsində araşdırma aparıblar. Dünən bu ərazidə bir neçə saat ərzində ölçmə işləri həyata keçirilib.

Tavuş qubernatorunun müavini Vahe Qalumyan isə bu prosesdən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, 2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı Dövlət Komissiyasının 11-ci görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan iştirak ediblər.

Görüş zamanı sərhəd xəttinin müəyyən hissələrinin delimitasiya prosesinin ardıcıllığı müzakirə edilib. Tərəflər bu işlərin şimaldan başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsindən cənuba doğru, İran sərhədinə qədər həyata keçirilməsi barədə razılığa gəliblər.

Bununla yanaşı, delimitasiya işlərinin aparılması qaydalarına dair təlimat layihələri nəzərdən keçirilib. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyənləşdirmək qərarına gəliblər.

Ayxan 

Oxşar Xəbərlər