MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur rəssam Rusiya Mərkəzi Bankını məhkəməyə verdi
Məşhur “Dumanlı kirpi”nin (“Ёжик в тумане”) quruluşçu rəssamı Franseska Yarbusova Rusiya Bankını müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət edib.
32gun.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələri üzrə Telegram kanalı məlumat yayıb.
Məlumata görə, iddiaçı bildirib ki, 2024-cü ildə Rusiya Mərkəzi Bankı “Rus (Sovet) animasiyası” seriyası çərçivəsində “Dumanlı kirpi”yə həsr olunmuş üç növ sikkə dövriyyəyə buraxıb.
Yarbusova hesab edir ki, tənzimləyici onun müəllif hüquqlarını pozub, intellektual mülkiyyətindən icazəsiz istifadə edib və müəllifliyini qeyd etməyib.
Moskvanın Meşçanski Rayon Məhkəməsinin iddianı icraata qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.
Ayxan