MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Şeron Stoun çıxışında həmkarının gizli evliliyini səhvən ETİRAF EDİB

Şeron Stoun təsadüfən Robert Pattinson və Suyki Uoterhaus-un gizli toyundan danışdı

Aktrisa Şeron Stoun, Robert Pattinson və müğənni Suyki Uoterhaus-un gizli toyları barədə təsadüfən açıqlama verib. 

32gun.az bildirir ki, bu barədə People xəbər yayıb.

Şeron Stoun, Red Dress Collection ürək xəstəlikləri assosiasiyasının tədbirini apararkən, Suyki Uoterhaus-a çıxışı üçün təşəkkür edib. Aktyor bu çıxışında, aylardır haqqında şayiələr gəzən aktyorların gizli toyundan təsadüfən danışıb. Şeron Stoun bildirib ki, müğənni qiymətli vaxtını "10 aylıq uşağı" və "əyani olaraq artıq həyat yoldaşı" ilə keçirmək əvəzinə bu tədbirə sərf edib.

2023-cü il noyabrın 19-da, Suyki Uoterhaus Meksikadakı Coronoa Capital festivalında hamiləliyini rəsmi olaraq açıqlayıb. Eyni ilin dekabrında Robert Pattinson və onun sevgilisi nişan xəbərləri barədə şayiələr yaymağa səbəb olublar. Paparatsilər, müğənnini, naməlum barmağında iri brilyant üzüyü ilə görüb. 2024-cü ilin mart ayının sonunda isə jurnalistlər, aşiq cütlüyün ilk dəfə valideyn olduqlarını açıqlayıblar. Onların bir qız uşağı dünyaya gəlib.

Nilay 

Oxşar Xəbərlər