DÜNYA

Zelenski Kiyevdə olduğunu Prezident Aparatının qarşısında çəkdiyi bu video ilə sübut etdi - Hər kəs bu görüntüdən danışır (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə olduğunu sübut etmək üçün Prezident Aparatının qarşısındakı meydanda lentə aldığı videonu sosial şəbəkə hesabında yayıb.

32gun.az xəbər verir ki, Kadrlarda onunla birlikdə Prezident Aparatının əməkdaşları, baş nazir, “Xalqın qulluqçusu” fraksiyasının sədri də yer alıb.

“Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, Prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq”,- deyə Zelenski çıxışında deyib.

Qeyd edək ki, bu gün bəzi xarici KİV orqanlarında Zelenskinin Kiyevi tərk etməsi barədə iddia edilirdi. 

Oxşar Xəbərlər