12 yaşlı müğənni məktəbdə zorakılığa məruz qalıb
Mariya Yankovskaya məktəbdə zorakılığa görə onlayn təhsilə keçib
32gun.az bildirir ki, 12 yaşlı müğənni Mariya Yankovskaya Super.ru portalına verdiyi açıqlamada məktəbdə zorakılığa məruz qaldığını və bu səbəbdən onlayn təhsilə keçdiyini bildirib.
“Üzərimdə çox diqqət vardı. Məni sözün əsl mənasında rahat buraxmırdılar. Evə gələndə ağlayırdım”, – deyə o, yaşadığı çətinlikləri bölüşüb.
Yankovskayanın sözlərinə görə, onlayn təhsil daha rahat və məhsuldar olub. O, dərsləri təkrar izləmək və mövzuları daha yaxşı anlamaq imkanının olduğunu qeyd edib. Lakin dostları ilə görüşmək üçün vaxtının hələ də az olduğunu vurğulayıb.
“Dostlarla görüşmək üçün demək olar ki, vaxt qalmır. Populyarlığa görə əvvəlki kimi rahat gəzə bilmirəm. Hazırda ən yaxşı variant rəfiqələrlə birgə gecələməkdir”, – deyə müğənni əlavə edib.
Bundan əlavə, o, “Sigma Boy” mahnısının həm Rusiyada, həm də xaricdə məşhurlaşmasının sadəliyi ilə əlaqəli olduğunu söyləyib.
“Mahnının yadda qalan melodiyası və hər kəsin asanlıqla başa düşə biləcəyi sözləri var. Üstəlik, anam prodüser kimi peşəkar şəkildə onun tanıdılması ilə məşğul olub”, – deyə Yankovskaya qeyd edib.
“Sigma Boy” 2024-cü ilin oktyabrında yayımlanıb. Mahnını 11 yaşlı Svetlana Çertiçeva (Betsi) və 12 yaşlı Mariya Yankovskaya ifa edir. Mahnı qısa müddətdə viral olub və YouTube-da üç ay ərzində 51 milyondan çox baxış toplayıb. Yanvar ayının ortalarında isə Billboard-un yeni “Hot Dance/ Pop Songs” çartında yeddinci yerə yüksəlib.
Nilay